Təhsil haqlarının artırılması məsələsi də gündəmə gəldi

Təhsil haqlarının artırılması məsələsi də gündəmə gəldi backend

Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar hazırda ali məktəblərdə təhsil alan tələbələr üçün təhsil haqlarının artırılması məsələsi gündəmdə deyil. Virtualaz.org bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Təhsil Nazirliyi Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.


Onun sözlərinə görə, təhsil haqlarının müəyyənləşdirilməsi ali məktəblərin səlahiyyətinə daxildir: "Bu il də daxil olmaqla, bu ilə qədər qəbul olunmuş tələbələrin təhsil haqları hazırkı həddə saxlanılacaq. Yeni tədris ilində təhsil haqlarının artması ya azalması məsələsinə gələn il mart ayında qəbul planı hazırlanarkən ali məktəblərin təklifləri nəzərə alınmaqla baxılacaq və bu məsələ analiz olunacaq".