Bakıda məktəblinin bıçaqlanması ilə bağlı TƏBİB-dən açıqlama: Hadisə yerində heç kim olmayıb

Bakıda məktəblinin bıçaqlanması ilə bağlı TƏBİB-dən açıqlama: Hadisə yerində heç kim olmayıb backend

Bu gün günorta saatlarında Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərinin Nizami rayonundan çağırış qeydə alınıb.

Qaziler.az xəbər verir ki, Bakıda bir məktəblinin digərini bıçaqlaması barədə yayılan xəbərlə bağlı "Teleqraf.az"ın sorğusuna TƏBİB-dən verilən məlumatda bildirilib.

Məlumata görə, 5 oktyabr 2026-cı il tarixində saat 14:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nizami rayonundan çağırış olub.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib, lakin hadisə yerində heç kim tapılmayıb" - cavabda vurğulanıb.