Bakıda itə qarşı zorakılıq edən şəxs saxlanılıb.
Qaziler.az xəbər verir ki, hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəxs müəyyən olunub və barəsində müvafiq məsuliyyət tədbirləri görülüb. Heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən Ağakişiyev soyadlı şəxs saxlanılıb. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Ağakişiyev 25 sutka inzibati qaydada həbs olunub.
Xatırladaq ki, Bakıda itə qarşı zorakılıq olunduğunu əks etdirən görüntülər yayılıb.
Görüntülərdə çoxmərtəbəli binanın pəncərəsindən itin aşağı atıldığı öz əksini tapıb.

