5 min müəllim ixtisasartırmaya cəlb olunub

5 min müəllim ixtisasartırmaya cəlb olunub backend

“2016-cı ildə ixtisasartırma təlimlərindən keçən müəllimlərin sayının artırılması planlaşdırılır”.

Lent.az-ın məlumatına görə, bunu Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmirullayev ilin son mətbuat konfransında deyib.

E. Əmirullayev deyib ki, cari ildə təxminən 5 minə yaxın müəllim ixtisasartırma təlimlərinə cəlb olunub: ”Növbəti il isə bu rəqəmin bir neçə dəfə artırılması planlaşdırılıb”.