"Bizim xahişimizlə Fövqəladə Hallar Nazirliyi 3 helikopter ayırıb. Jurnalistlər və valideynlər "Günəşli" yatağındakı 10-cu və "Neft daşları"ndakı 501-ci özülə uçub ordakı axtarış-xilasetmə işləri ilə tanış olacaqlar".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Xalik Məmmədov deyib.X. Məmmədovun sözlərinə görə, dənizdəki qasırğa axtarış-xilasetmə işlərinə çətinlik yaradır.
"Hazırda Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xəzər Dənizi Gəmiçilik İdarəsinin helikopter və gəmiləri axtarış işlərinə cəlb edilib", - X.Məmmədov deyib.