Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq backend

Bakının Yasamal və Qaradağ rayonlarının bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

 

Qaziler.az bildirir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

 

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Yasamal və Qaradağ rayonlarında bir sıra Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq.

 

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Abbas Mirzə Şərifzadə, Ayna Sultanova, İsfəndiyar Zülalov, Mirəli Seyidov, Ümid Əkbərov küçələri və Mətbuat prospektinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

 

Bundan başqa, Qaradağ RETSİ-nə daxil olan Buta qəsəbəsinin bəzi ərazilərində saat 10:00-dan 12:00-dək enerjinin verilişində qısamüddətli fasilə yaranacaq. Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.