Ağstafada məktəbdə müəllimlər arasında dava ilə bağlı rəsmi açıqlama

Ağstafada məktəbdə müəllimlər arasında dava ilə bağlı rəsmi açıqlama backend

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində baş verdiyi iddia olunan hadisə ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi addımlar atılır.

Qaziler.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, səsləndirilən bütün iddialarla bağlı araşdırma aparılır və araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, P.Məmmədova müəllim yoldaşı S.Əhmədova ilə məktəbdə dərs bölgüsü üstündə mübahisə ediblər. Zərərçəkən P.Məmmədovanın sözlərinə görə, onu məktəbdə müəllim yoldaşı olan S.Əhmədova döyərək xəsarət yetirib.