Kürdəmir rayonunda toy mərasimində kütləvi zəhərlənmə hadisəsi baş verib.
Qaziler.az Baku TV-yə istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən "Günəş" şadlıq sarayında qeydə alınıb.
Şadlıq sarayının nəzarətçisi Elxan Əliyev bildirib ki, mərasimdə təqdim olunan yeməklərdən həm qonaqlar, həm də əməkdaşlar yeyib:
"Məhsulları toy sahibi özü gətirmişdi, biz də bişirib qonaqlara vermişik. Həmin yeməklərdən işçilər də yeyib. Bizdə heç bir problem olmayıb. Zəhərlənənlər deyir, su içib belə olmuşuq. Amma səbəbi dəqiq bilmirik".
Hadisə ilə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Zəhərlənmənin səbəbləri araşdırılır.

