Əfv sərəncamının icrasına başlanılıb

Əfv sərəncamının icrasına başlanılıb backend

Sərəncam ümumilikdə 210 nəfərə şamil edilib. Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb. APA-nın məlumatına görə, prezident İlham Əliyevin dekabrın 28-də imzaladığı sərəncam ümumilikdə 210 nəfərə şamil edilib.


Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 198 nəfər cəzanın çəkilməmiş hissəsindən, 3 nəfər islah işləri, 9 nəfər isə cərimə cəzasından azad edilib.

Əfv olunalar arasında xarici ölkə vətəndaşları da var.