Cəlilabadda fərdi yaşayış evi yanıb

Cəlilabadda fərdi yaşayış evi yanıb backend

Cəlilabad rayonunun Dələli kəndində birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

Qaziler.az AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə kənd ərazisində yerləşən, Qədir Qürbətova məxsus yaşayış evində qeydə alınıb.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib və əraziyə yanğınsöndürən qüvvələr cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülüb.

Hadisə nəticəsində evə dəyən ziyanın həcmi və yanğının başvermə səbəbləri araşdırılır.