27 Sentyabr – Anım günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib.
Nazirlikdən Qaziler.az-a bildirilib ki, abidənin önünə gül dəstələri düzülüb və qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.
Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 Sentyabr – Anım Günü kimi qeyd edilir. Bu gün xalqımız ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edir.
Şəhidlərimizə Allahdan rəhmət diləyirik!

