Xocalıda 27 Sentyabr Anım Günü ilə bağlı şəhid ailələri ziyarət olunub - FOTO

Xocalıda 27 Sentyabr Anım Günü ilə bağlı şəhid ailələri ziyarət olunub - FOTO backend

27 Sentyabr Anım Günü münasibətilə Xocalıda  şəhid ailələri ziyarət olunub.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Xocalı rayon şöbəsinin şöbə müdiri Zahid Təhməzov, Xocalı Rayon Polis Şöbəsinin rəis müavini Əbülfəz Dünyamalıyev və xidmətin əməkdaşları Xocalı faciəsi zamanı şəhid olmuş Novruz Allahverdiyev və Vasif Məmmədovun ailələrini ziyarət ediblər.

Ziyarət çərçivəsində şəhid Novruz Allahverdiyevin ailə üzvü Elmira Allahverdiyeva, eləcə də şəhid Vasif Məmmədovun həyat yoldaşı Ceyran Əzizova ilə görüş keçirilib.

Görüş zamanı şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, onların ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyi bildirilib.

Söhbət zamanı Vətən uğrunda canından keçən qəhrəmanların həyat yolunun və müqəddəs xatirəsinin gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.

Ziyarət zamanı şəhidlərin ruhuna dualar oxunub və onların əziz xatirəsi ehtiramla yad edilib.