Şəhid anaları və veteran qadınlar Türkiyə səfirliyində görüş keçiriblər - FOTO 

Şəhid anaları və veteran qadınlar Türkiyə səfirliyində görüş keçiriblər - FOTO  backend

Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbasın təşkilatçılığı ilə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müşaviri Seyla Sağlık Yavizər ilə Birlik üzvlərinin görüşü keçirilib.

Qaziler.az xəbər verir ki, bu barədə İctimai Birliyin mətbuat xidməti məlumat yayıb.

Görüşdə müharibə veteranı qadınlar, şəhid anaları və şəhid ailələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsi, eləcə də dünya qadınları ilə qarşılıqlı əlaqələrin qurulması vasitəsilə Azərbaycan qadınlarının, xüsusilə şəhid anaları və şəhid ailələrinin dünyagörüşünün genişləndirilməsinin vacibliyi vurğulanıb.

Bildirilib ki, cəmiyyətin formalaşmasında qadınların mühüm rolu var. Bu baxımdan qadınların geniş dünyagörüşünə malik olması cəmiyyətin və gənclərin inkişafına müsbət təsir göstərə bilər.

Gələcəkdə bu kimi görüşlərin keçirilməsinin Birliyin tədbirlər planında nəzərdə tutulduğu qeyd edilib. Xüsusilə Türk dövlətlərinin səfirliklərində təşkil olunan görüşlərin böyük əhəmiyyət daşıdığı vurğulanıb.

Bu silsilədən olan tədbirlərin ilk görüşü 12 sentyabr 2026-cı il tarixində Türkiyənin Azərbaycandakı səfirliyində keçirilib.