Dekabrın 29-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı, gün ərzində əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, şimal-şərq küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə Abşeron yarımadasında 4-6, gündüz 10-15, Bakıda 4-6, gündüz 12-14 dərəcə isti olacaq.
Dekabrın 29-da Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə duman olacaq, bəzi şərq rayonlarda yağıntılı, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 2-7, gündüz 11-16, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.