“AZAL daxili reyslərin qiymətində heç bir dəyişiklik etməyib”. Bu sözləri musavat.com-a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.
Onun sözlərinə görə, AZAL-ın daxili reyslərinin qiymətini Tarif Şurası müəyyənləşdirir və hazırda bu qurumun elə bir qərarı yoxdur.Qeyd edək ki, AZAL-ın daxili reysləri iki istiqamət üzrədir. Bakı-Naxçıvan reysinin uçuş bileti 50 AZN, Bakı-Gəncə reysinin uçuş bileti isə 30 AZN-dir.