Əfv sərəncamının icrası başa çatıb.
Trend -in məlumatına görə, sərəncam Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində icra olunub.
Sərəncam ümumulikdə 20 nəfərə şamil olunub. Onlardan 19 nəfəri azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, bir nəfəri isə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş şəxs olub.
15:03
xxx
Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı sərəncamın icrası Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində davam etdirilib.
Trend-in məlumatına görə, müəssisədən 4 nəfər azadlığa buraxılıb. Azadlığa buraxılan keçmiş məhkumların hamısı Azərbaycan vətəndaşlarıdır.
14:13
xxx
Prezident İlham Əliyevin imzaladığı"Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamın icrasına başlanılıb.
Sərəncəm Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisələrində icra olunmağa başlayıb.
Qeyd edək ki, sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib.

