Lənkəranda 16 yaşlı yeniyetmənin ölüm faktı ilə bağlı TƏBİB-dən MƏLUMAT

Lənkəranda 16 yaşlı yeniyetmənin ölüm faktı ilə bağlı  TƏBİB-dən MƏLUMAT backend

Lənkəranda 4 gün əvvəl döyülərək xəsarət alan yeniyetmə xəstəxanada ölüb

2010-cu il təvəllüdlü şəxs (kişi) sentyabrın 17-də saat 23:30 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bizim.Media xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, dəqiqləşdirilməmiş qapalı kəllə-beyin travması, alının sağ payında yumşaq toxuma şişkinliyi, komatoz vəziyyət diaqnozları təyin olunan şəxsə zəruri tibbi xidmətlər göstərilib.

"Vəziyyəti ağır qiymətləndirilən şəxs Reanimasiya şöbəsinə yerləşdirilib. süni tənəffüs aparatına qoşulub. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 21.09.2026-cı il tarixində saat 15:00-da şəxsin ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib", - deyə məlumatda qeyd olunub. 

APA