Sabah bəzi ərazilərində qaz olmayacaq

Sabah bəzi ərazilərində qaz olmayacaq backend

Sabah Bakının Xətai rayonunun bəzi küçə və prospektlərinin qaz təchizatında fasilə yaranacaq.

Qaziler.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun M. Hadi, A. Rəhimov küçələrinin, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrinin, Babək prospektinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.