Yaxın vaxtlarda Qubadlıda ikinci yaşayış kompleksinin tikintisinə başlanılacaq

Yaxın vaxtlarda Qubadlıda ikinci yaşayış kompleksinin tikintisinə başlanılacaq backend

Yaxın vaxtlarda ikinci yaşayış kompleksinin tikintisinə başlanılması nəzərdə tutulur.

Trend-in Qarabağ bürosu xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov deyib.

Onun sözlərinə görə, hazırda Qubadlı şəhərində ilk yaşayış kompleksinin tikintisi sürətlə davam etdirilir. Yaşayış kompleksinin ümumi ərazisi 3,34 hektardır.

“Yaşayış kompleksi 21 binadan və 176 mənzildən ibarət olacaq. Mənzillər əsasən 2 və 3 otaqlı nəzərdə tutulub. Kompleksin ərazisində oyun meydançalarının, yaşıllıq sahələrinin, yeraltı və yerüstü avtomobil dayanacaqlarının inşası planlaşdırılır.

Bundan əlavə, yaşayış kompleksinin ərazisində 2 qeyri-yaşayış binasının da tikintisi nəzərdə tutulub.

Qeyd etmək istəyirəm ki, bu il Qubadlı şəhərində ikinci yaşayış kompleksinin layihələndirilməsi işlərinin də yekunlaşdırılması planlaşdırılır. Yaxın vaxtlarda ikinci yaşayış kompleksinin tikintisinə başlanılması nəzərdə tutulur”, – deyə N.Cəfərov bildirib.