Səkkiz ayda DSMF 1 milyon 100 min şəxsə 1 milyard 503 milyon manat müavinət və təqaüd ödəyib

Səkkiz ayda DSMF 1 milyon 100 min şəxsə 1 milyard 503 milyon manat müavinət və təqaüd ödəyib backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-avqust aylarında 1 milyon 100 min şəxsə 1 milyard 503 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.

 

Onlardan:

·    515 min nəfərə müavinət olaraq 844 milyon manat,

·    406 min nəfərə Prezident təqaüdü olaraq 542 milyon manat,

·    179 min nəfərə sosial sığorta hesabına müavinət olaraq 117 milyon manat

ödəniş həyata keçirilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a bildirilib.

 

Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən müavinətlər üzrə 11 faiz, təqaüdlər üzrə 12 faiz, sosial sığorta hesabına müavinətlər üzrə 5 faiz çox olub.

 

Bu ilin 8 ayında daha 98 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 977 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.