Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub backend

Xankəndi, Ağdərə və Xocalı şəhər günləri münasibətilə sentyabrın 20-də Xankəndi şəhərində silsilə tədbirlər keçirilib.

Xankəndi, şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, şəhər sakinləri və qonaqlarda xoş ovqat yaradan konsert proqramından sonra Xankəndi səmasında möhtəşəm atəşfəşanlıq olub.

Rəngarəng fişənglərin yaratdığı mənzərə şəhərin gecə səmasını işıqlandırıb.

Bayram tədbirlərinin möhtəşəm finalı kimi yadda qalan bu işıqlı görüntülər, şəhərin yeni simasının, burada canlanan ictimai-mədəni həyatın növbəti nümayişinə çevrilib.

Qeyd edək ki, Xankəndi, Ağdərə və Xocalı şəhər günlərinin keçirilməsi, bu ərazilərin tarixi və mədəni irsinin, eləcə də azadlıqdan sonra burada həyata keçirilən bərpa- quruculuq işlərinin ictimaiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.