Hər kəs bilir ki, Wi-Fi siqnalının keyfiyyəti çoxlu sayda divarları olan bağlı sahədə zəifləyir. Xüsusən də əgər bu divarların qalınlığı daha böyükdürsə. Ancaq heç də hər kəs Wi-Fi siqnalının qəbulunun keyfiyyətinin aşağı düşməsinin digər səbəbləri barədə eşitməyib.
İKT.lent.az “Ofcom Yahoo” nəşrinə istinadən bildirir ki, Britaniyanın “Ofcom” şirkətinin apardığı tədqiqatlar istifadəçilərin Wi-Fi siqnalının zəif olması ilə bağlı provayderlərə şikayətlərinin xeyli sayda artmasının əsas səbəbini müəyyən edib.
Məlum olub ki, buna səbəb çoxsaylı bayram bəzəklərində çilçıraqların olmasıdır. Bura bütün çilçıraqlar da aid deyil.
Wi-Fi-ın və ya simsiz internetin o qədər də yaxşı olmamasının səbəblərinin digər mənbələri də mikrodalğalı sobaların, simsiz telefonların, “Bluetooth” modullu cihazların, naqilsiz kameraların, oyun cihazlarının və sair cihazlarının olmasıdır. Belə ki, Wi-Fi siqnalının səviyyəsini telefonlar, naqilsiz kamera və çilçıraqlar belə aşağı sala bilirlər.
Bundan başqa, “Ofcom” şirkəti smartfon və planşetlər üçün “Ofcom Wi-Fi Checker” adlı pulsuz əlavə yaradıb. Bu əlavənin köməyi ilə istifadəçiyə Wi-Fi siqnalının keyfiyyətini yoxlamağa və onun yaxşılaşdırılması istiqamətində məsləhətlər almaq imkanı yaradılacaq.