Azərbaycanda keçirilən toy mərasimlərindən birində qeyri-adi anlar kameraya düşüb.
Qaziler.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə bəy və gəlinin toy məclisinin təşkil olunduğu şadlıq sarayının zalına gəlin avtomobili ilə daxil olduğu görünür.
Fərqli giriş mərasimi sosial media istifadəçilərinin diqqətini çəkib. Video qısa müddətdə geniş yayıldıqdan sonra izləyicilər tərəfindən müxtəlif rəylərlə qarşılanıb.
Görüntülər ətrafında çoxsaylı şərhlər yazılıb və toyda seçilən bu fərqli giriş sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Milli.az

