Daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb - FOTO 

Daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb - FOTO  backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərimizdə özünüməşğulluq proqramının icrasını davam etdirir.

Qaziler.az nazirliyin məlumatına istinadla xəbər verir ki, bu dəfə Ağdərə, Ağdam, Xocalı, Xocavənd, Laçın və Zəngilan rayonlarında daha 86 şəxsə proqram çərçivəsində mal və materiallar təqdim edilib.

Verilmiş aktivlər hesabına onlar qoyunçuluq, keçiçilik və arıçılıq üzrə kiçik bizneslərini yaradıblar.

Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər.

Ümumilikdə işğaldan azad olunmuş ərazilərimizə köçürülmüş sakinlərdən artıq 1048 şəxs özünüməşğulluq proqramı çərçivəsində öz kiçik ailə təsərrüfatlarını qurub.