Azərbaycanda nikahların sayı azalıb

Azərbaycanda nikahların sayı azalıb backend

Bu ilin yanvar-iyul aylarında 22 min 130 nikaha daxilolma və 11 min 678 boşanma qeydə alınıb.

Qaziler.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 3,7-yə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2) qalıb.