Qızla birlikdə Naxçıvandan Bakıya qaçmaq istəyən tələbə aeroportda tutuldu

Qızla birlikdə Naxçıvandan Bakıya qaçmaq istəyən tələbə aeroportda tutuldu backend

Naxçıvan Muxtar Respublikasında azyaşlı qıza qarşı təcavüz etməkdə təqsirləndirilən tələbə həbs edilib.

Qaziler.az "oxu.az"a istinadla xəbər verir ki, hadisə Naxçıvan şəhərində baş verib. Şəhər ərazisindəki təhsil müəssisələrindən birinin tələbəsi olan 2005-ci il təvəllüdlü Əli Cəbrayılov 2025-ci ildə şəhər ərazisində 2010-cu il təvəllüdlü qızla tanış olub. O, həmin qızla sevgili olmaq qərarı verib. Bir müddətdən sonra o, qızı kirayə yaşadığı evə aparıb və öz razılığı ilə onunla cinsi əlaqədə olub. Həmin gündən sonra qız evlərinə getməyib və Əli Cəbrayılov ilə birlikdə yaşayıb. Bir neçə gündən sonra valideynləri qızın itkin düşməsinə dair polisə məlumat veriblər.

Barəsində polis tərəfindən axtarış elan olunduğunu bilən qız bu barədə oğlana da məlumat verib. Sevgili cütlük Naxçıvanı tərk etmək qərarı verib və onlar Naxçıvan-Bakı reysinə bilet alıblar. Amma onlar uzağa gedə bilməyiblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hər iki şəxs Naxçıvan Hava Limanında saxlanılıb. Polis həmin qızı ailəsinə təhvil verib, tələbə oğlan isə saxlanılaraq barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı başlanılmış cinayət işi məhkəməyə göndərilib. Naxçıvan Şəhər Məhkəməsində keçirilən prosesdə Ə. Cəbrayılov 1 il müddətinə azadlıqdan məhrum edilib.