Prezident Yardımlının İcra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM

Prezident Yardımlının İcra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM backend

Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qaziler.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Ayaz Əsgərov 2006-2011-ci illərdə Bakı şəhəri, Nəsimi rayonu İcra Hakimiyyəti başçısının müavini vəzifəsində, 6 oktyabr 2011-ci il tarixdən 19 may 2016-cil tarixədək Azərbaycan Prezidentinin sərəncamı ilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 19 may 2016-cı il tarixdə Azərbaycan Prezidentinin sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.