Azərbaycanda 1200 yaşı olan qəbiristanlığı dağıdıblar -  VİDEO

Azərbaycanda 1200 yaşı olan qəbiristanlığı dağıdıblar -  VİDEO backend

Şabranın Leyti kəndindəki qədim qəbiristanlıq vandalizmə məriz qalıb.

Qaziler.az Xəzər TV-yə istinadla xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə məzarların birinin üstü naməlum şəxslər tərəfindən açılıb.

Ehtimala görə, açılan qəbir VII əsrdə bölgənin tanınan din xadimi Şeyx Şəmsəddinin uyuduğu məzardır. Yerli sakinlər tərəfindən ziyarətgah kimi qorunan bu məzarın üstünün açıldığını ərazidən keçən kənd sakinləri görüblər.

İnsanların müqəddəs yer hesab etdikləri qəbirstanlıqda bunu kim, niyə edib?

Kənd sakinləri hesab edirlər ki, ya kimsə onların inanclarına hörmətsizlik məqsədilə bu əməli törədiblər. Yaxud da qəbri qazanlar elə düşünüblər ki, burada hansısa qiymətli əşya basdırıla bilər.

Maraqlısı budur ki, hadisədən bir neçə gün sonra Leyti kəndinin sakinləri yaxınlıqdakı digər qəbiristanlıqda da oxşar mənzərə ilə qarşılaşıblar. Ordakı qəbirlərdən də biri sökülüb və burada da qazıntı aparılıb. Sonradan qazılmış hissənin üzəri torpaqla qismən örtülüb.

Hadisə nəzarətə götürülüb. Fakt üzrə araşdırma aparılır. Qəbirlərin hansı məqsədlə açıldığı və qazıntını kimin həyata keçirdiyi araşdırmanın nəticəsində müəyyənləşdiriləcək.