İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (07.09.2026 - 13.09.2026) məlumat açıqlanıb.
Qaziler.az bildirir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə 113 piyada əleyhinə mina, 19 tank əleyhinə mina, 426 Partlamamış Hərbi Sursat aşkarlanıb.
Bildirilib ki, 1348,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

