Azərbaycanda tanınmış jurnalist xərçəngə tutuldu - FOTO

Azərbaycanda tanınmış jurnalist xərçəngə tutuldu -  FOTO backend

Tanınmış jurnalist, İctimai Televiziyanın İctimai-siyasi proqramlar departamentinin direktoru Anar Yusifoğlu xərçəng xəstəliyinə tutulub.

Qaziler.az xəbər verir ki, bu barədə sosial şəbəkədə A.Yusifoğlunun özü bildirib.

"Xərçəngə nifrət edirəm! Bu sözləri yazmaq belə qəribə hissdir. Çünki insan adətən nifrət sözünü bir insana, bir haqsızlığa, bir xəyanətə ünvanlayır. Amma xərçəng başqa şeydir. O, qapını döymədən gəlir. İcazə istəmir. Sənin planlarını, arzularını, sabaha saxladığın işləri, sevdiklərinlə qurduğun xəyalları bir anda sual altına salır...
...Doğmalarımdan, dostlarımdan, sevdiyim həyatdan ayrılmaq fikrim yoxdur. Xərçəng qarşıma çıxan sınaqdır, taleyim isə ondan və bütün xəstəliklərdən böyükdür", - deyə jurnalist bildirib.