TRT-nin "Asırlık gece" bədii-sənədli filmində Şəmistan Əlizamanlı İMZASI - VİDEO

TRT-nin "Asırlık gece" bədii-sənədli filmində  Şəmistan Əlizamanlı İMZASI - VİDEO backend

TRT-də yayımlanan 15 bölümdən ibarət “Asırlık gece” bədii-sənədli filmi 2016-cı il iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişi cəhdinin dramatik və çoxşaxəli təsvirini təqdim edir. Dosent Dr. Hüseyn Aydının eyniadlı kitabı əsasında hazırlanan ekran əsərində həmin gecə yaşanan hadisələr dövlət strukturlarında baş verən gərginlikdən tutmuş milyonlarla insanın küçələrə çıxaraq müqavimət göstərməsinə qədər geniş şəkildə canlandırılır.

Qaziler.az "redaktor.az"a istinadla xəbər verir ki, filmdə Ərdoğanın həmin gecə yaşadığı şəxsi və emosional anlara da yer ayrılır:

O, ailəsi ilə halalaşmasından, hər cür nəticəyə hazır olmalarından və yaşananlar qarşısında təvəkkül göstərmələrindən danışır. 

Filmin emosional təsir gücünü artıran əsas elementlərdən biri isə musiqi seçimidir. TRT-də yayımlanan 15 bölümlük filmdə Azərbaycanın tanınmış hərbi-vətənpərvərlik mahnıları ifaçısı və diktoru Şəmistan Əlizamanlının mahnılarından da istifadə olunub.

Filmin 8-ci və 15-ci, yəni final bölümlərində Şəmistan Əlizamanlının ifasında “Salam, dar ağacı”(sözləri Rüstəm Behrudi, musiqisi Şahin Musaoğlu) mahnısı səslənir. 14-cü bölümdə isə “Zafer bismillah” mahnısına yer verilib. Mahnının sözləri böyük Azərbaycan şairi Əhməd Cavada, musiqisi isə Şəmistan Əlizamanlıya məxsusdur. Ş.Əlizamanlının vətənpərvərlik mahnıları yanlız Azərbaycan filmlərinə deyil, həm də qardaş Türkiyənin tarixi, vətənpərvərlik filmlərinə ruh verib. 

Belə ki, onun yaradıcılığı bundan əvvəl də Türkiyə tamaşaçısına tanış olub. Şəmistan Əlizamanlı Türkiyənin ən reytinqli tarixi seriallarından olan “Diriliş Ertuğrul”da rol alıb və serialda Ozan rolunu canlandırıb. O, serialın bir neçə bölümündə "Allah Türkə yar olsun" (122-ci bölüm), "Zafer Bismillah" (127-ci bölüm), "Yürüyün alplar" (136-ci bölüm) və "Süleyman şah Oğlu Yiğit Ertuğrul" (138-ci bölüm) mahnılarını ifa edib. Onun ifa etdiyi "Allah Türke Yar Olsun" mahnısı və rol aldığı səhnə rekod sayda baxışla yadda qalıb.

Ümumilikdə, “Asırlık gece” yalnız 15 iyul gecəsində baş verən hadisələrin xronologiyasını təqdim edən film deyil. Ekran əsəri dövlət çevrilişi cəhdi qarşısında xalqın, dövlət qurumlarının, təhlükəsizlik qüvvələrinin, jurnalistlərin və texniki işçilərin göstərdiyi müqaviməti müxtəlif istiqamətlərdən göstərməyə çalışır