Bəzi tələbələr təhsil haqqından azad edilib

Bəzi tələbələr təhsil haqqından azad edilib backend

UNEC-də alt qruplarda ödəniş ləğv edilib.

Qaziler.az bildirir ki, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2015/2016-cı tədris ilinin qış imtahan sesiyasının yekunu da nəzərə alınmaqla, akademik borcu olan tələbələr alt qruplara yazıldığı zaman götürdükləri kreditə görə nəzərdə tutulan təhsil haqqından azad edilib.

Universitetdən Trend-ə verilən məlumata görə, qərar UNEC-in Elmi Şurasının iclasında qəbul edilib.

Qərara əsasən, vəsait universitetin daxili imkanları hesabına ödəniləcək.