Ağdərədə çalışan vətəndaşlar üçün mina təhlükəsinə dair maarifləndirmə üzrə növbəti təlimlər keçirilib

Ağdərədə çalışan vətəndaşlar üçün mina təhlükəsinə dair maarifləndirmə üzrə növbəti təlimlər keçirilib backend

Ağdərədə çalışan vətəndaşlar üçün mina təhlükəsinə dair maarifləndirmə üzrə növbəti təlimlər keçirilib

 

Qaziler.az bildirir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə dəstəyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) koordinasiyası ilə icra olunan “Mina və partlayıcı sursatların təhlükəsinə qarşı mübarizəyə dəstək” layihəsi çərçivəsində növbət 2 təlim keçirilib.  

 

Layihə çərçivəsində mina və partlayıcı sursat təhlükəsinə dair maarifləndirmə üzrə keçirilən növbəti 2 təlim Ağdərə rayonu ərazisində çalışan və burada məskunlaşan vətəndaşların iştirakı ilə baş tutub. Təlimlərdə Beynəlxalq Avrasiya Mətbuat Fondundan layihə rəhbəri Xudaverdi Quliyev, layihə rəhbərinin köməkçisi, minadan zərərçəkən Vidadi Məmmədov, mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə (PSTM) üzrə peşəkar təlimçi Kamran Məmmədli və Beynəlxalq Avrasiya Mətbuat Fondunun regional inzibati direktoru Ruslan İbrahimbəyli iştirak ediblər.

 

Təlim çərçivəsində mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə (PSTM) üzrə təlim proqramı – minalar və onun növləri, tələ minalar, süpriz minalar, mina riski olan ərazilərin xüsusiyyətləri, təhlükə zamanı düzgün davranış qaydaları və s. iştirakçıların diqqətinə çatdırılıb. Təlim zamanı maarifləndirmə işlərinə dəstək məqsədli hazırlanan xüsusi formalar da iştirakçılar arasında paylanılıb.

 

Qeyd edək ki, sözügedən layihənin əsas məqsədi işğaldan azad edilmiş Ağdam, Ağdərə, Xocalı rayonu və Xankəndi şəhərində çalışan, təhsil alan, qayıdış prosesində iştirak edən və ümumilikdə burada məskunlaşan əhali arasında mina və partlayıcı sursat təhlükəsinə dair maarifləndirməni

genişləndirməklə insanların həyat və sağlamlığını qorumaq, mina hadisələrinin sayının azalmasına və təhlükəsizlik xarakterli qabaqlayıcı tədbirlərin icrasına dəstək olmaqdır.