Türkiyəli din xadimi: Qarabağ şəhidlərinin qanı yerdə qalmayıb

Türkiyəli din xadimi: Qarabağ şəhidlərinin qanı yerdə qalmayıb backend

Qarabağın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş şəhidlərin qanı yerdə qalmayıb.

 

Bunu "Report"un Ağdama ezam olunan əməkdaşına açıqlamasında Türkiyədən gəlmiş din xadimi Güvən Dumanlı deyib.

 

O, uzun müddət Qarabağla bağlı media vasitəsilə eşitdikləri faktları indi canlı gördüklərini vurğulayıb:

 

"Buradakı Şəhidlər xiyabanını ziyarət edərkən şəhidlərin arasında nə qədər uşaq va qadının olduğunu gördük. Bir daha əmin olduq ki, ermənilərin bir dinc insanı öldürmələri üçün onun sadəcə, türk olması yetərlidir. Biz bu ağrı-acıları illərdir ki yalnız mediada yayımlanan fotolarda görürdük. Amma indi bu faktlarla yerində tanış oluruq. Qarabağın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş şəhidlərə Allah rəhmət eləsin. Onların qanı yerdə qalmayıb".