Devalvasiyaya görə çörəyin qiyməti artacaq.
Qaziler.az Xəzər Xəbər-ə istinadən bildirir ki, ancaq bu vəziyyətdən sui-istifadə edərək çörək qıtlığı yaratmağa və çəkisini azaltmağa çalışanlar var.500 qramlıq çörəkdə isə çəki azalması 140-150 qram arasındadır. Çörəyin çəkisinin azalmasını vətəndaşlar da təsdiqləyir.
Bakını çörəklə təmin edən iri müəssisələrindən bildirilir ki, öz rezervlərində olan unla çörək istehsalını bir neçə gün əvvəlki qiymətlə davam etdirəcəklər. Ancaq bahalaşma 10 qəpikdən artıq ola bilməz.
Bəzi kiçik sexlərin bağlanmasına görə mağazalarda yaranmış çörək çatışmazlığını iri zavodlar cüzi artımla aradan qaldıracaq.