“Azneft”də təhlükəli işlər məhdudlaşdırıldı - Küləyə görə...

“Azneft”də təhlükəli işlər məhdudlaşdırıldı -  Küləyə görə... backend

Azərbaycanda hava şəraitinin qeyri-sabit, küləkli keçməsi ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin (İB) istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

Qaziler.az xəbər verir ki, bu barədə "Azneft" İB-dən məlumat verilib.

Bildirilib ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib.

"Bütün sahələrdə davamlı olaraq məlumatlandırma aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır", - məlumatda deyilir.