Uşaqlara şad xəbər: Bulvarda atraksionlar…

Uşaqlara şad xəbər: Bulvarda atraksionlar… backend

Yeni il bayramı ilə əlaqədar Bakı Bulvarında pulsuz atraksion aksiyası təşkil olunacaq. Bu sözləri Axar.az-a Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib. O, aksiyanın dekabr ayının 28-də baş tutacağını bildirib:


“Dekabr ayının 28-i saat 10:00-dan 13:00-a qədər 15 yaşa kimi uşaqlar milli parkdakı atraksionlardan pulsuz istifadə edə biləcəklər. Aksiyada bulvar ərazisində olan bütün atraksionlar azyaşlıların ixtiyarında olacaq”.

Nazim Məcidovun sözlərinə görə, növbələrin, nizamsızlığın bir daha təkrarlanmaması üçün kassalarda pulsuz biletlər paylanacaq:

"Bundan əvvəl keçirtdiyimiz aksiyalar göstərdi ki, problemlər yarana bilər. Bu dəfə əhalidə narazılıq yaranmasın, növbədə səliqə olsun deyə, kassalara tapşırılıb ki, bütün müraciət edənlərə pulsuz biletlər verilsin. Yaxşı olar ki, hər uşaq hər atraksiondan 1 dəfə istifadə etsin. Bu zaman bütün uşaqlar əylənə bilər".

Qeyd edək ki, bu, Dənizkənarı Bulvar İdarəsinin keçirdiyi ilk pulsuz atraksion aksiyası deyil.