Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib

Əməkdar artist Züleyxa Hacıyeva  vəfat edib backend

Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib.

Qaziler.az xəbər verir ki, bu barədə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov sosial media hesabında məlumat yayıb.

"103 illik ömür, Azərbaycan radiosuna onilliklər boyu xidmət və milyonlarla dinləyicinin yaddaşında qalan unikal bir səs... Allah rəhmət eləsin", - deyə o qeyd edib.