2015-ci ildə 19 məktəb tikilib

2015-ci ildə 19 məktəb tikilib backend

Cari il ərzində təhsilin keyfiyyətinin yüksəldilməsində tədris ocaqlarının müasir tələblərə uyğunlaşdırılması, yeni təhsil müəssisələrinin inşası və əsaslı təmiri məqsədilə işlər görülüb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2015-ci ilin yekun statistikasına görə, bu il ölkə üzrə 19 ümumi təhsil müəssisəsi, 7 internat məktəb, 2 ali təhsil, 4 orta ixtisas təhsili, 3 ilk peşə-ixtisas təhsili, 2 məktəbdənkənar təhsil müəssisəsində tikinti, əsaslı təmir və ya yenidənqurma işləri aparılıb.

Həmçinin, 72 təhsil müəssisəsində cari təmir işləri, 1 təhsil müəssisəsində abadlaşdırma işləri, 112 təhsil müəssisəsində kommunikasiya şəbəkəsinin yenilənməsi işləri başa çatdırılıb, eləcə də 12 təhsil müəssisəsi qazlaşdırılıb.