ASAN xidmətin təşkilatçılığı Daxili İşlər Nazirliyinin dəstəyi ilə “Sənədsiz məktəbli qalmasın” sosial aksiyası Bakıda yerləşən ümumtəhsil məktəblərində şəxsiyyət vəsiqələrinin verilməsini davam etdirib. Axar.az xəbər verir ki, aksiyanın keçirilməsində məqsəd şagirdlərin ASAN xidmət mərkəzinə gəlmədən, vaxt itkisi olmadan məktəblərdə şəxsiyyət vəsiqəsi almasını təmin etməkdir.
Qeyd edək ki, “Sənədsiz məktəbli qalmasın” sosial aksiyası ilk dəfə olaraq Sumqayıt şəhərində başladılıb.
Aksiya çərçivəsində bu günə kimi Sumqayıtda 2000-ə yaxın, Bakıda isə 1000-dən çox şagird şəxsiyyət vəsiqəsi ilə təmin edilib.