Sosial layihə çərçivəsində əlçatan və sərfəli mənzillərin satışı davam edir

Sosial layihə çərçivəsində əlçatan və sərfəli mənzillərin satışı davam edir backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial layihəsi üzrə bazar qiymətindən xeyli ucuz, yəni kv.metri 435-830 manat aralığında dəyişən mənzillərin satışı davam edir.

 

Nazirlikdən Qaziler.az-a bildirilib ki, mənzillər Bakının Ümid qəsəbəsində, Abşeron və Samux rayonlarında yeni yaşayış binalarındadır. Onlar 3 və 4 otaqlı, tam təmirlidir və istifadə olunmamış, çıxarışlıdır.

 

İpoteka krediti ilə də almağa uyğun olan bu mənzillərlə ms.sosial.gov.az portalı vasitəsilə tanış olmaq olar.

 

Vətəndaşlar portal üzərindən seçdiyi mənzili  və ya mənziləri “Bron et” düyməsini sıxmaqla bron edə bilərlər.

 

Mənzilləri bron etmək istəyən şəxs bunun üçün ASAN Loginin autentifikasiya vasitələrindən birinə malik olmalıdır.

 

Mənzili bron etmiş şəxslə Nazirlik arasında 10 gün müddətində dəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanır.

 

Mənzillərin satışından əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldilir.

 

Əlavə məlumat əldə etmək istəyən şəxslər 142 - Çağrı Mərkəzinə müraciət edə bilərlər.