Qəbələyə istirahətə gedən qadının hovuzda meyiti tapıldı

Qəbələyə istirahətə gedən qadının hovuzda meyiti tapıldı backend

Qəbələ rayonunda 29 yaşlı qadın hovuzda boğularaq ölüb.

Qaziler.az "oxu.az"a istinadla xəbər verir ki, hadisə ötən gecə rayonun Vəndam qəsəbəsində qeydə alınıb.

İmişli rayon sakini - 1997-ci il təvəllüdlü Lamiyə Əhmədli istirahət üçün kirayələdiyi evin həyətindəki hovuzda çimərkən boğulub.

Faktla bağlı Qəbələ rayon Prokurorluğunda araşdırma başlanılıb.