Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Köln şəhərində 12–13 sentyabr-da səyyar konsulluq xidmətinin göstərilməsi planlaşdırılır.
Qaziler.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında məlumat paylaşılıb.
Bildirilib ki, səyyar konsulluq xidməti çərçivəsində ümumvətəndaş pasportlarının yenilənməsi ilə bağlı müraciətlərin qəbul edilməsi nəzərdə tutulur.
"Müraciət etmək istəyən vətəndaşlardan 7 sentyabr 2026-cı il tarixinədək ad, soyad, ata adı, pasportun surəti və telefon nömrəsini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur", - məlumatda qeyd edilib.

