Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra həyatını itirib.
Qaziler.az "teleqraf.az"a istinadla xəbər verir ki, Sərxanlı kənd sakini 2015-ci il təvəllüdlü S. Həsənova Şəmkir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub.
Əməliyyatdan bir neçə gün sonra vəziyyəti qəfil pisləşib və həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.
Hadisə ilə bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.

