Bu quruma Aparat rəhbəri axtarılır – DİM-dən elan

Bu quruma Aparat rəhbəri axtarılır –  DİM-dən elan backend

Avqustun 28-də 4 dövlət orqanında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun 9 vakant vəzifənin tutulması məqsədilə daxili müsahibə elan edilib.

Qaziler.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, daxili müsahibə elan edilən vəzifələrin 6-sı inzibati vəzifələrin ikinci, 3-ü isə üçüncü təsnifatına aiddir.

Müsahibəyə çıxarılan ən yüksək vəzifə Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsidir. Həmin vəzifə inzibati vəzifələrin ikinci təsnifatına uyğundur.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Bu, vətəndaşların rahatlığının təmin olunmasına, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınmasına, eləcə də DİM tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan yaradır.

Daxili müsahibədə vəzifələrin tutulması şərtlərinə uyğun gələn Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.

Namizədlər avqustun 28-dən sentyabrın 11-i saat 18:00-dək DİM-in internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.