Kəlbəcər rayon mərkəzinə intensiv leysan yağışla bərabər 10–12 mm, İstisu qəsəbəsi və Alagöllər ərazisinə isə 15–20 mm diametrində dolu yağıb.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Xidmətin avqustun 28-i saat 15:30-a olan məlumatına əsasən, Kəlbəcər rayon mərkəzinə saat 14:42–14:55 radələrində intensiv leysan yağışla bərabər, diametri 10–12 mm olan dolu yağıb.
Rayonun İstisu qəsəbəsi və Alagöllər ərazisinə isə saat 15:02–15:16 radələrində diametri 15–20 mm olan dolu düşüb.

