Dövlət Xidməti Şəmkirdə vətəndaş qəbulu keçirib - FOTO 

Dövlət Xidməti Şəmkirdə vətəndaş qəbulu keçirib - FOTO  backend

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov avqustun 28-də Şəmkir rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edib.

Qaziler.az xəbər verir ki, bu barədə Dövlət Xİdmətindən məlumat verilib. 

Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.

Qəbulda 4 şəhid ailəsi və 8 müharibə iştirakçısı olmaqla 32 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar Dövlət Xidmətində həqiqi hərbi xidmətə və ya işə qəbul, tibbi şəhadətləndirmə, veteranlıq və s. məsələlərlə bağlı müraciət ediblər.

Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.