Qazi minnətdarlıq edir...

Qazi minnətdarlıq edir... backend

Redaksiyamıza 1-ci qrup Qarabağ qazısı Valeh Musayevdən müraciət daxil olub. O, bu yaxınlarda rastlaşdığı bir problem zamanı Dövlət Yol Polisinin əməkdaşının ona göstərdiyi diqqətdən söz açıb: 

“Bu yaxınlarda idarə etdiyim avtomobillə yolda bir problem yaşadım. Dövlət Yol Polisinin əməkdaşı İsmayıl Şirinov (99 YP 485 dövlət nömrə nişanlı Yol polisi avtomobili ) mənə çox böyük diqqət və qayğı göstərdi. Qeyd edim ki, cənab Prezidentimizdən, Mehriban xanımdan sonra bizə ən çox diqqət qayğı göstərən Dövlət Yol Polisi əməkdaşlarıdı. Bir daha bizə diqqət göstərən hər kəsə minnətdarlığımızı bildiririk.”

 

QAZİLER.AZ