DOST mərkəzlərində 590 min vətəndaşa xidmət göstərilib

DOST mərkəzlərində 590 min vətəndaşa xidmət göstərilib backend

Bu ilin 7 ayında DOST mərkəzlərində 590 min vətəndaşa xidmət göstərilib. Onların göstərilən DOST xidmətlərindən məmnunluq səviyyəsi 99,2 faiz olub.

Qaziler.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına istinadla xəbər verir. 

2019-cu ilin may ayından ötən dövrdə ölkəmizdə 8 DOST mərkəzi (Bakı, Abşeron, Bərdə, Naxçıvan), 4 DOST filialı (Şuşa, Tərtər, Neftçala, İmişli) və 3 DOST məntəqəsi (Zəngilan, Kəlbəcər, Füzuli) açılıb.

Beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən DOST konsepsiyası əsasında dövlət sosial xidmətlərindən ibarət 164 xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir.