Ruslar “Formula 1” üçün Azərbaycana axın edəcəklər

Ruslar “Formula 1” üçün Azərbaycana  axın edəcəklər backend

"Formula-1" Azərbaycan Qran-Prisinin keçiriləcəyi həftədə – 21-27 sentyabr tarixlərində – rusiyalıların Bakı otellərinə olan tələbatı ötən ilin analoji dövrü ilə müqayisədə on dəfə, bir əvvəlki həftəyə (14–20 sentyabr) nisbətən isə iki dəfə artıb.

Qaziler.az xəbər verir ki, bu barədə məlumatlar "Ostrovok" onlayn otel və mənzil bronlaşdırma xidmətinin araşdırmasında yer alıb.

Sentyabrın 24-dən 26-dək Bakıda "Formula-1" üzrə Azərbaycan Qran-Prisi keçiriləcək. Yarış paytaxtın küçələrindən keçən şəhər trasında baş tutacaq. Builki yürüş Azərbaycan paytaxtında yubiley xarakteri daşıyır və sayca onuncu dəfə keçirilir.

Xidmətin məlumatına görə, rusiyalıların Azərbaycana marağı hələ yayın əvvəlindən artmağa başlayıb, "Formula-1" isə mövsümün sonunda səfərlərin əsas hərəkətverici qüvvəsinə (drayverinə) çevrilib. Ölkənin əsas turizm istiqaməti olan Bakıda dincəlməyə olan tələbat 2026-cı ilin may–sentyabr aylarında 2025-ci illə müqayisədə 10% artıb. Ölkə yay üçün ən populyar xarici istiqamətlərin top siyahısında 14-cü yerdən 12-ci yerə yüksələrək, bronlaşdırma sayına görə Fransa və BƏƏ-ni geridə qoyub.

"Azərbaycana səfər üçün viza tələb olunmur, Bakıya isə Moskva, Sankt-Peterburq, Yekaterinburg, Krasnoyarsk, Novosibirsk və digər Rusiya şəhərlərindən birbaşa reyslərlə çatmaq mümkündür. Bununla yanaşı, tədbir turizmi rusiyalıların Azərbaycana səfərlərində getdikcə daha nəzərəçarpan drayverə çevrilir: məsələn, sentyabrda Bakıda eyni vaxtda bir neçə irimiqyaslı tədbir keçiriləcək – “Formula-1” ərəfəsində Valeri Meladzenin konserti baş tutacaq, yarış həftəsonu çərçivəsində isə Kelvin Harris və Keti Perri çıxış edəcəklər", – deyə "Ostrovok" xidmətinin idarəedici direktoru İrina Kozlova qeyd edib.